XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2019 - 18:50

Venesuelada gərginlik səngimir- Quaydo yenidən kütləvi etirazlara çağırır

Venesuela müxalifətinin lideri Xuan Quaydo Nikolas Maduronu istefa verməyə inandırmaq üçün yeni kütləvi etirazların keçirilməsinə çağırır.

Quaydo dünən axşam saatlarında deyib ki, Maduronun hələ də Venesuela ordusunun etimad və dəstəyinə sahib olduğuna dair iddiaları yalandır.

O deyir ki, Maduroya qarşı etirazlar bütün dünyanın diqqət mərkəzindədir və insanlar rejimə qarşı təzyiq göstərməyə davam etməlidir.

Maduro televiziyada çıxış edərək, müxalifətin Birləşmiş Ştatlar və Kolumbiyanın dəstəklədiyi “qanunsuz hakimiyyət”qurmaq istədiyini söyləyib. Və qeyd edib ki, Venesuela hər cür aqressiyanın qurbanı olub.

Prezident Donald Tramp dünən Kubanı Venesuelaya hərbi və digər sahələrdə dəstəyini dərhal dayandırmayacağı təqdirdə, ada ölkəsinə qarşı tam embarqo və yüksək səviyyəli sanksiyalar tətbiq etməklə hədələyib.

Trampın tvitindən bir neçə dəqiqə sonra onun dövlət katibi Maduronun çərşənbə axşamı səhər saatlarında Venesuelanı tərk etməyə hazır olduğunu, lakin rusiyalıların onun fikrini dəyişdiyini bəyan edib.

“O, Havanaya gedəcəkdi”- deyə, Mayk Pompeo CNN-ə bildirib.

Bundan öncə isə ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Cənubi Amerika ölkəsində vəziyyətin çox ciddi olduğunu söyləyib və deyib ki, Tramp oradakı vəziyyəti dəqiqəbədəqiqə izləyir.

Tramp administrasiyası Maduronun hakimiyyətdə qalmasını təmin etdiklərinə görə Kuba və Rusiyanı günahlandırır. O, 2013-cü ildə uğursuz çevriliş cəhdindən sonra seçkilərdə qalib gələrək Hüqo Çavezdən sonra hakimiyyətə gəlib.

“Biz rusların Venesuelaya müdaxilə etməməsini gözləyirik” – deyə, Bolton çərşənbə axşamı Ağ Evin önündə müxbirlərə bildirib.

Bolton Venesuelanın müdafiə naziri, ali məhkəməsinin baş hakimi və prezidentin mühafizə xidmətinin başçısını “bu gün də ya axşamı hərəkətə keçərək” Maduronun hakimiyyətdən devrilməsini dəstəkləməyə çağırıb.

Dövlət Departamentində keçirilən brifinq zamanı idarənin Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib ki, belə görünür Maduro hökümətinin üç yüksək vəzifəli rəsmisi daxili Venesuela danışıqları zamanı verdikləri sözü tutmur.

“Əgər bu cəhdlər uğursuz olsa, onlarda diktatura dərinləşəcək və oradan çıxmaq üçün çox az sayda alternativ olacaq”, Bolton qeyd edib(amerikanınsesi).