XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 19:36

Suriya böhranının həlli yolları müzakirə olunub- Ankarada+FOTO

Ankarada Türkiyə ilə ABŞ arasında Suriya böhranından çıxış yolları və strateji əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərtac rəsmi mənbələrə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri arasında keçirilən görüşdə Fərat çayının şərqində aparılan antiterror əməliyyatlarının vəziyyəti, Munbiçə dair yol xəritəsinin icrası, o cümlədən İŞID, PKK,YPG və PYD terror təşkilatlarının zərərsizləşdirilməsi, həmçinin Suriyanın ərazi bütövlüyünün qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin ABŞ Prezidenti Donald Trampın Türkiyə mümkün səfərini də müzakirə ediblər.