XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 19:51

Tailand kralı general xanımla evlənib- FOTO

Tailand kralı Maxa Vaçiralonqhorn (X Rama) general Sudhid Vaçiralonqhorn ilə nikaha girib və onu kraliça adlandırıb.

Azərtac xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb. Monarxın həyat yoldaşı kral qvardiyasının xüsusi bölməsində xidmət edib və “Thai Airways” aviaşirkətində stüardessa işləyib. X Rama nikah barədə tacqoyma mərasimindən üç gün əvvəl məlumat verib. Tailand kralı 2016-cı ildə, ölkəyə 70 il rəhbərlik edən atası Phumilhon Adulyadetin (IX Rama) vəfatından sonra taxta çıxıb.

Hakim Çakri sülaləsinin ənənəsinə görə, hər bir kralın tacqoyması taxta çıxdıqdan bir müddət sonra keçirilir. X Ramanın tacqoyma mərasimi mayın 2-dən 6-na qədər davam edəcək. İlkin məlumata görə, prosesi izləmək üçün 7 kilometrlik marşrut üzrə küçələr boyunca ölkənin bütün əyalətlərindən gələn 150 mindən çox tamaşaçı toplaşacaq.