XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 20:56

Qazaxıstandakı etirazlarda 80 nəfər saxlanılıb- Daxil İşlər Nazirliyi məlumat yayıb

Qazaxıstanın şəhərlərində keçirilən razılaşdırılmamış mitinqlərdə polis 80 nəfəri saxlayıb.

ONA-nın məlumatına görə, bu barədə Qazaxıstan Daxil İşlər Nazirliyi məlumat yayıb.

“Mayın 1-də Nur-Sultan, Semey, Karaqanda və Aktobe şəhərlərində razılaşdırılmamış mitinqlər keçirilib. Nümayiş iştirakçılarına azad şəkildə ictimai mövqelərini ifadə etmək imkanı yaradılıb. Lakin Nur-Sultan və Almata şəhərlərində nümayişçilər özlərini aqressiv apararaq ictimai asayişi pozublar”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Nazirlik həmçinin vətəndaşları təxribatlara uymamağa və Qazaxıstan Respublikasının qanunvericiliyinə əməl etməyə çağırıb.