XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2019 - 21:14

Pompeo ilə Lavrov arasında telefon söhbəti olub- Venesuelaya dair müzakirə aparıblar

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon söhbəti olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Danışıq zamanı S.Lavrov Venesuelada müxalifətin hakimiyyəti ələ keçirməyə cəhd göstərdiyini xatırladaraq ABŞ tərəfindən bu ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu vurğulayıb.

“Ötən gün Venesuelada ABŞ-ın aşkar dəstəklədiyi müxalifətin hakimiyyəti qəsb etməyə cəhd göstərdiyi diqqət mərkəzində olub. Rusiya tərəfindən Vaşinqtonun suveren ölkənin daxili işlərinə müdaxiləsi və rəhbərliyinin hədələnməsi beynəlxalq hüququn kobudcasına pozulması kimi dəyərləndirilib”, – məlumatda qeyd olunur.