XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2016 - 09:40

Moskvada çovğuna görə 85 aviareys ləğv edilib

domodedovo

 

 

Rusiyanın paytaxtı Moskvada davam edən çovğun nəticəsində 85 aviareys ləğv edilib.

 

TASS informasiya agentliyi xəbər verir ki, Şeremetyevo aeroportunda 69 reys ləğv edilib, 2-si ləngiyir, Domodedovo aeroportunda isə 16 reys ləğv edilib, 1-i yubanır.

 

Bundan əvvəl “Aeroflot” hava şirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar martın 2-si və 3-də 31 aviareysin ləğv edildiyini bildirmişdi.

 

Sinoptiklərin proqnozlarına əsasən, martın 2-də Moskvaya düşən yağıntının miqdarı 20 millimetrə çata bilər ki, bu da aylıq normanın 60 faizini təşkil edir.