XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 21:04

Kiprdə ədliyyə naziri istefa verib- Silsilə qətllərdən sonra

Kiprin ədliyyə və ictimai asayiş naziri Yonas Nikolau ölkədə silsilə qətllərlə bağlı başlayan qalmaqal səbəbindən istefa verib.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, Yonas Nikolau istefa ərizəsini dövlət başçısı Nikos Anastasiadisə təqdim edib və onun istefası qəbul olunub.

Kipr polisi ötən ay adada qətlə yetirilmiş dörd qadının cəsədini aşkarlayıb. Hadisədə şübhəli bilinərək saxlanılan 35 yaşlı hərbçi son üç ildə törətdiyi yeddi qətli etiraf edib. Daha üç qurbanın, o cümlədən 6 və 8 yaşlarındakı iki qızın cəsədi hələlik tapılmayıb.

Qətlə yetirilən şəxslərin qohumları və yaxınları hüquq-mühafizə orqanlarının qadınların itkin düşməsi ilə bağlı ərizələri qəbul etmədiklərini və lazımi şəkildə araşdırma aparmadıqlarını bildiriblər. Bu hadisə böyük qalmaqala səbəb olub və hakimiyyət orqanları ictimai qınağa məruz qalıb.