XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 22:12

Gürcüstanın əsas elektrik sistemində qəza baş verib- Paytaxt və bəzi bölgələr işıqsız qalıb

Mayın 2-də axşam saatlarında Gürcüstanın elektrik enerjisi sistemində qəza baş verib.

Azərtac xəbər verir ki, saat 18:11-də ölkənin əsas elektrik enerji təminatçısı olan “İmereti” LEP şəbəkəsində baş verən qəza nəticəsində Tbilisi və Rustavi şəhərlərinin, Qərbi və Şərqi Gürcüstanın bir sıra bölgələri bir müddət enerjisiz qalıb.

Gürcüstan dövlət elektrik qurumunun yaydığı məlumata görə, hazırda qəzanın nəticələri tam aradan qaldırılıb. Ölkənin bütün bölgələrinə elektrik enerjisinin verilişi bərpa olunub.

Qəzanın səbəbləri barədə əlavə məlumat verilmir.