XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 00:41

Ukrayna Milli Qvardiyasında kütləvi zəhərlənmə:57 hərbi qulluqçusu xəstəxanaya yerləşdirildi

Ukraynanın Hərbi Prokurorluğu Lvovda yerləşən hərbi hissələrdən birində Milli Qvardiya əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi qaldırıb.

Bu barədə “Report” “1+1” telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, ilk zərərçəkənlər Pasxa bayramının qeyd edilməsindən dərhal sonra xəstəxanalara müraciət ediblər. Hazırda Milli Qvardiyanın 57 hərbi qulluqçusu xəstəxanaya yerləşdirilib.

Həkimlər zəhərlənmənin səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Ehtimal edilir ki, əməkdaşlar keyfiyyətsiz qida məhsullarından, o cümlədən qohumların qvardiya qulluqçularına Pasxanın bayram edilməsi ilə əlaqədar gətirdikləri yeməklərdən zəhərləniblər.