XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2019 - 09:45

ABŞ prezidenti Venesuelaya qarşı hərbi əməliyyata cəhd etmədiyini bildirib:"Bu insanlar ölürlər, onların heç nəyi yoxdur"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela ərazisində hərbi əməliyyat keçirmək istəməzdi.

Bu barədə Amerika administrasiyasının başçısı “Fox News” telekanalına müsahibəsində bildirib.

Telekanalın aparıcısı prezidentdən ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə bağlı qərarın verilməsində dönüş anının olub-ola bilməyəcəyini soruşub. “Dönüş anı (hücumla bağlı – red) ehtimalı həmişə var. Amma, təbii, mən bunu etmək istəməzdim. Mən sadəcə, insanlara kömək etmək istəyirəm. Bu insanlar ölürlər, onların heç nəyi yoxdur”, – Tramp bildirib.

Ağ Evin başçısı vurğulayıb ki, ABŞ-ın Venesuela böhranının nizama salınması ilə bağlı bir çox, o cümlədən çox sərt variantları var.

Daha əvvəl Donald Tramp Venesueladakı münaqişənin nizamlanması üzrə vəziyyətlə bağlı gələn həftə, bəlkə də daha tez “çox şey olacağ”ına dairvəd verib. (Report)