XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 15:27

Venesuelada toqquşmada 5 nəfər öldürülüb –BMT rəsmisi açıqladı

Venesuelada 30 aprel və 1 may tarixlərində keçirilən etiraz aksiyalar zamanı 5 nəfərin odlu silahdan öldürülməsilə bağlı məlumatlar sənədləşdirilib.

TASS xəbər verir ki, bu barədə Cenevrədəki brifinqi zamanı BMT-nin insan hüquqları üzrə sözçüsü Rəvinə Şəmdəsani bildirib.

O, ölənlər arasında 14 və 16 yaşlı şəxslərin də olduğunu qeyd edib.

BMT-nin İnsan hüquqları üzrə ali komissarlığından Venesuelada ilin əvvəlindən nümayişlərdə 49 nəfərin öldüyü, 239 nəfərin xəsarət aldığı, həmçinin yaralananlardan 18-nin odlu silahdan xəsarət aldığı bildirilib. Nümayişlər zamanı aralarında 17 azyaşlı olan azı 240 nəfərin saxlanıldığı vurğulanıb.

Xatırladaq ki, müxalifət lideri Xuan Quaidonun müraciətindən sonra iki gün ərzində ölkənin müxtəlif şəhərlərində müxalifət tərəfdarlarının etiraz aksiyaları keçirilib/Report.