XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2019 - 16:42

Avropa İttifaqı liderlərinin növbədənkənar sammiti keçiriləcək- Brüsseldə

Avropa İttifaqına üzv 27 ölkənin liderləri Avropa Parlamentinə seçkilərdən sonra, mayın 28-də Brüsseldə növbədənkənar sammitdə görüşə bilərlər.

Azərtac Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, sammitdə ittifaqa üzv ölkələrin dövlət başçıları Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin xələfinin namizədliyini müzakirə edəcəklər.

Avropa Parlamentinə seçkilər 2019-cu il mayın 23-26-da keçiriləcək. Parlament iyulun 2-də toplaşaraq Avropa Komissiyasının rəhbəri postuna namizədini irəli sürəcək.

Avropa İttifaqı Şurasının sədri Donald Tuskun sammit barədə mayın 9-da Rumıniyaya səfəri zamanı məlumat verəcəyi gözlənilir.