XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 May 2019 - 18:42

Kabil “Taliban” hərəkatı ilə atəşkəsə hazır olduğunu bildirib- Prezidentdən açıqlama

Mayın 3-də Əfqanıstanda xalq nümayəndələrinin ümummilli məclisinin üçüncü günü keçirilib. Görüşün əsas məqsədi hökumətlə “Taliban” hərəkatı arasında birbaşa danışıqlar üçün platformanın hazırlanması olub.

Azərtac Tolo News telekanalına istinadla xəbər verir ki, məclisin bağlanış mərasimində çıxış edən Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban” hərəkatının müvafiq addımlar atacağı təqdirdə hökumətin atəşkəsə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Əfqanıstan hökuməti məclisin qətnaməsində göstərilən bütün tövsiyələri icra etməyə hazırıdır.

Mayın 3-də xalq nümayəndələrinin ümummilli məclisi Əfqanıstan əhalisinin ölkədə sülh tərəfdarı olduğunu əks etdirən qətnamə qəbul edib. Nümayəndələr hökuməti və talibləri ramazan ayının birinci günündən başlayaraq yubanmadan atəşkəsə çağırıb.