XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2019 - 21:16

Polşa ölkədə ABŞ hərbi qüvvələrinin sayını artıracaq- Müdafiə nazirindən açıqlama

Polşa hökuməti ölkədə ABŞ silahlı qüvvələrinin sayının ilin sonunadək artırılmasını planlaşdırır.

Azərtac xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak açıqlama verib.

Avropanın digər ölkələrində yeni bazaların açılmasına soyuq baxan ABŞ Prezidenti Donald Tramp Polşanın təklifini yaxşı qarşılayıb.

Rəsmi Varşava yeni hərbi qüvvələrin cəlbinə və yeni bazaların yaradılmasına 2 milyard dollar ayırmağı düşünür. ABŞ tərəfi isə hələ tam qərar açıqlmayıb. Lakin ehtimal var ki, Polşada yerləşdiriləcək baza nəzərdə tutulduğundan daha kiçik olacaq.