XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 21:31

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub- Liderlər nələri müzakirə ediblər?

ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

ONA-nın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ Evin mətbuat katibi Sara Sanders qeyd edib ki, söhbət zamanı iki ölkə liderləri KXDR və Venesueladakı vəziyyəti, eləcə də strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri barədə müqaviləni genişləndirmək məsələlərini müzakirə ediblər.

Bundan əlavə, söhbət çərçivəsində dövlət başçıları 2016-cı il ABŞ prezident seçkilərində Rusiyanın müdaxiləsi ilə bağlı xüsusi prokuror Robert Mullerin hesabatınna da toxunublar.