XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2019 - 16:41

Türkiyə hökuməti təbliğat vasitələrini gücləndirib- Terrorçuların təslim olmaları üçün

Cari ilin yanvar-aprel aylarında Türkiyənin təhlükəsizlik qüvvələrinə 127 terrorçu təslim olub.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçuların təslim olmaları üçün təbliğat vasitələri gücləndirilib. 2016-cı ildən etibarən hər il orta hesabla 350-400 terrorçu təslim olur.

Cari ilin dörd ayında təslim olan terrorçulardan 82-si ailələrinin köməyi ilə cinayətkar fəaliyyətini dayandırıb. Rəsmi məlumata görə, PKK/KCK terror təşkilatları tərəfindən zor işlətmək, təhdid, hədə və s. vasitələrlə terrorçuluğa cəlb edilənlərin əksəriyyəti 12-15 yaş həddindədir.