XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2019 - 16:51

“Sarı jiletlilər” növbəti aksiyaya başlayıblar

Fransanın paytaxtı Paris şəhərində “sarı jiletlilər”in 25-ci şənbə aksiyası başlayıb.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nümayişçilərin bir hissəsi Majent bulvarına doğru hərəkət edir.

Yüzlərlə etirazçının qatıldığı aksiya Paris vaxtı ilə saat 13:00-da başlayıb. Sosial şəbəkələrdən verilən məlumata görə budəfəki nümayiş xəstəxana işçilərini və tibbi yardımdan məhrum olanları dəstəkləmək məqsədi ilə keçirilir.

Nümayişdə Fransa prezidenti Emmanuel Makron və Xarici işlər naziri Kristof Kastanerə qarşı şüarlar səsləndirilir. “Sarı jiletlilər” Millət meydanına doğru hərəkət etməyi planlaşdırırlar. Aksiyanın keçirildiyi bölgədə polis gücləndirilmiş iş rejimində çalışır.

Bundan başqa “sarı jiletlilər” Şarl de Qol aeroportunda da nümayiş keçirərək hava limanının özəlləşdirilməsinə etiraz edirlər.