XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

04 May 2019 - 17:25

Belarus prezidentinin cangüdəni həbs olundu –Rüşvətə görə

Rusiya mətbuatına istinadla xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun şəxsi mühafizəsinin sabiq rəisi həbs olunub. 2014-cü ilə qədər Lukaşenkonun cangüdəni olmuş Andrey Vtyurin daha sonra Belarus Təhlükəsizlik Şurasında yüksək post tutub.

Xəbərdə deyilir ki, mayın 3-də Blarus DTK-sının istintaq idarəsi Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşımış Vtyurinə qarşı rüşvət alma ittihamı irəli sürüb və barəsində həbs qətimkan tədbiri seçilib. Qurumun rəsmi açıqlamasında bildirilir ki, A.Vtyurin adı çəkilməyən bir Rusiya şirkətinin təmsilçisindən 150 min dollara yaxın rüşvət alarkən, yerindəcə həbs olunub.

Lukaşenkonun sabiq mühafizəçisi həmin pulun müqabilində öz nüfuzu və əlaqələri hesabına bir Rusiya şirkətinə Belarusda yüksək qazanc əldə etməsi üçün şərait yaradacaqmış. Ancaq ölkənin hüquq-mühafizə orqanları onun bu “himayədarlıq təşəbbüsünü” yarımçıq qoyub və uzun müddət Lukaşenkonun “qulluğunda durması” da onu xilas edə bilməyib.

Qeyd olunur ki, Vtyurinlə birgə rüşvət verən şirkətin nümayəndəsi də həbs olunub. Şirkətin və Rusiya vətəndaşı olan nümayəndənin adı açıqlanmır. Rusiyanın Belarusdakı səfirliyi bu barədə məlumat verə bilməyəcəyini açıqlayıb.
Bununla yanaşı, bəzi KİV-lər bildirirlər ki, A.Vtyurinin əslində Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə, onlara müəyyən məlumatlar ötürdüyünə görə həbs edilib. (AzPolitika.info)