XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

04 May 2019 - 20:08

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi:"İŞİD tərəfdarı ehtimal olunan insanların sayı əsaslı surətdə azalıb"

Gürcüstan ərazisində İŞİD tərəfdarı ehtimal olunan insanların sayı 2018-ci ildə əsaslı şəkildə azalıb.

Azərtac xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Vaxtanq Qomelauri parlamentdəki çıxışında deyib.

DTX rəisi bildirib ki, terrorçu təşkilatlar zəbt etdikləri əraziləri itirdikdən sonra yeni strategiya əsasında fəaliyyət göstərirlər. Onlar indi də internet vasitəsilə radikalizmi təbliğ edir, münaqişə olmayan bölgələrdə terror aktları həyata keçirirlər. Gürcüstan DTX bu və digər mənfi halların qarşısını almaq üçün planlar hazırlayıb həyata keçirib. Terror qruplaşmaları ilə əlaqəsi olan şəxslərin kimliyi və onlar tərəfindən mümkün terror təhlükələrinin qarşısı alınıb. İŞİD tərəfdarları ehtimal olunanlar indi ideoloji və maliyyə böhranı yaşayırlar.