XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2019 - 21:13

Tramp:"Şimali Koreya ilə sazişin imzalanması mümkündür"

ABŞ prezidenti Donald Tramp KXDR ilə denuklearizasiya haqqında sazişin imzalanmasının mümkün olduğunu və bunun ölkəyə böyük iqtisadi fayda gətirəcəyini bildirib.

Trend-in məlumatına görə, D.Tramp qeyd edib: “Mən inanıram ki, (KXDR lideri) Kim Çen In Şimali Koreyanın böyük iqtisadi potensialını tam dərk edir və bunun qarşısını almaq üçün bir şey etməyəcək”.

Onun sözlərinə görə, həmin razılaşma əldə olunmalıdır.

Qeyd edək ki, Cənubi Koreya Baş Qərargahlarının Birgə Komitəsi Şimali Koreyanın yaxın məsafəli raket buraxmaq niyyəti barədə məlumat verib. Daha sonra Komitə “raket” sözünü istifadə etmədən bir neçə buraxılışların həyat keçiriliməsini bildirib.