XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 May 2019 - 22:41

İsrail Qəzza bölgəsində ondan çox hədəfə hücum edib

İsrail tank və aviasiya vasitəsi ilə Qəzza bölgəsində ondan çox hədəfə hücum edib.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, israilli hərbçilər fələstinli döyüşçülərin raket atəşlərinə cavab olaraq, zərbə endirməyə davam edirlər.

Əsas hədəf nöqtələri kimi HƏMAS hərəkatı və onun müttəfiqi “İslami cihad” qruplaşmasının obyektləri seçilib.

İsrail hərbçilərinin bildirdiklərinə görə, döyüşçülər səhərdən İsrailin cənubuna 90-a yaxın raket buraxıblar. Mərmilərdən biri Aşkelon şəhəri yaxınlığındakı qəsəbədə yerləşən yaşayış binasına düşüb.