XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2019 - 10:31

Maduro:"Bir qrup xainin əməlləri Silahlı Qüvvələrimizin adını batıra bilməz"

Əgər bir gün ABŞ bu torpaqlara toxunmağa cəhd edərsə, vətəni qorumaq üçün əlimizdə silahlarla hər an hazır olmalıyıq.

Bunu Venesuela Prezidenti Nikolas Maduro ölkəsindəki hərbi təlim mərkəzlərindən birini ziyarət edərkən deyib. O, ABŞ-ın ölkəsini ələ keçirmək istədiyini bildirib:

“Biz nə zəif, nə də məhrum bir ölkəyik. Biz qüvvətli bir Milli Bolivarçı Silahlı Qüvvələri olan bir ölkəyik. Hər ötən gün daha çox birlikdə və sadiq olmalıyıq. ABŞ-ın ölkəmizi zəiflətmək üçün fərqli müharibə üsulu var. Bir qrup çevrilişə maraqlı xainlə Milli Bolivarçı Silahlı Qüvvələrini aradan götürmək üçün çox pul xərcləyərək qurduqları planları var. Sizə inanıram və bir qrup xainin əməlləri Silahlı Qüvvələrimizin adını batıra bilməz. Hər zaman Hüqo Çavezə sadiq olmalıyıq”. (Axar.az)