XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2019 - 11:45

Roma Papası:"Miqrantları səmimiyyətlə qəbul edin!"

Roma Papası Frensisk Vatikanda “Xalq, dövlət, milli dövlət” mövzusuna həsr olunmuş Papa Elmlər Akademiyasındakı tədbirdə irqçilik və millətçiliyin təbliğinə qarşı olduğunu söyləyib.

Azərtac ANSA agentliyinə istinadla xəbər verir ki, Papa Frensisk ümumi rifaha əngəl törədən millətçiliyi, eyni zamanda, irqçiliyi və antisemitizmi pisləyib.

O, həmçinin dövlət orqanlarını miqrant axınlarını səmərəli surətdə nizama salaraq, onların müdafiəsinə və səmimiyyətlə qəbuluna çağırıb.

Papa miqrantları qəbul etməyib, onlara qarşı maneə yaradanları da pisləyib.