XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2019 - 15:31

Gürcüstanın sabiq naziri:“İstefa verməmişəm, işdən çıxarılmışam”

“İstefa üçün ərizə yazmamışam, işdən çıxarılmışam”.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın sabiq iqtisadiyyat və dayanıqlı inkişaf naziri Giorgi Kabulia bildirib.

G. Kubulia deyib ki, vəzifəyə başladığı ilk günlərdən hökumətlə fikir ayrılıqları olub: “Mən lap əvvəldən görürdüm ki, bəzi məsələlərdə biz bir-birimizlə razı deyilik. Mənim bəzi iş prinsiplərim vardı və düşünürdüm ki, bununla bağlı hökumətlə razılaşmışıq. Lakin sonradan anladım ki, bu belə deyil”.

Sabiq nazir deyib ki, istefa verməsini istəyiblər: “Mən isə istefa vermədim. Çünki düşünürdüm ki, onları mənim prinsiplərimin doğru olduğuna inandıra bilərəm. Lakin görünür ki, buna nail ola bilməmişəm. Bəzi qərarlar nəticə yönümlü deyildi, siyasi mahiyyət daşıyırdı. Mən isə buna etiraz edirdim”

Sabiq nazir məsələnin detalları barədə nə indi, nə də gələcəkdə danışmayacağını qeyd edib.