XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

05 May 2019 - 17:32

İsrailin uçuş aparatı Qəzza zolağında yerləşən silah anbarına zərbələr endirib- Müdafiə Ordusu məlumat yayıb

İsrail ordusuna məxsus uçuş aparatı Qəzza zolağında silahlıların olduğu silah anbarına zərbələr endirib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusundan bildiriblər.

Məlumatda deyilir: “İsrail Müdafiə Ordusuna məxsus uçuş aparatı Qəzza zolağının cənub hissəsində yerləşən silah anbarının içərisində olan “İslam cihadı” terror təşkilatının bir neçə silahlısına zərbələr endirib”.

Ölən və yaralananlar barədə məlumat hələki daxil olmayıb.