XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2019 - 18:56

İstanbulda bələdiyyə seçkilərində qanunsuzluğa dair araşdırma:FETÖ ilə əlaqəli 43 nəfər aşkarlanıb

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində İstanbulda məntəqə seçki komissiyalarında qanunsuzluqlara yol verməkdə günahlandırılanlardan 43 nəfərinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu aşkarlanıb.

ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İstanbul Cümhuriyyət Prokurorluğu şübhəlilərin ikisinin təşkilatın şifrəli “ByLock” sosial şəbəkə istifadəçisi olduğunu, 41 nəfərinin terror təşkilatına nəzarətində olmuş Asiya Bankına pul qoyduğu üzə çıxarıb.

Araşdırmalar zamanı həmin 41 nəfərdən 2-nin FETÖ-yə yaxın təşkilatın üzvü olduğu aşkarlanıb.