XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2019 - 20:31

Pompeo Tramp və Putinin görüşü imkanına münasibət bildirməyib

ABŞ-ın dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların Prezidenti Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putinin yeni görüşü imkanını şərh etməyib.

“Report” xəbər verir ki, bu barədə dövlət katibinə ABC telekanalında efirə gedən “This Week” proqramında sual ünvanlanıb.

“Bilmirəm. Baxarıq”, – deyə o, müvafiq suala cavabında bildirib.

Mayın 3-də Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Danışıq 1 saatdan çox davam edib.