XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2019 - 10:00

“The Wall Street Journal” nəşri:"Çin ABŞ-la ticarət danışıqlarından imtina edə bilər"

Çin Amerika lideri Donald Trampın təhdidləri səbəbindən ABŞ-la ticarət danışıqlarının növbəti mərhələsini ləğv edə bilər.

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” nəşri yazıb.

Bildirilir ki, söhbət Trampın bir neçə Çin məhsuluna gömrük rüsumunun qoyulması ilə bağlı bəyanatından gedir.

Qəzet yazır ki, Çin Trampın hədələrindən son dərəcə narahatdır və “təzyiq altında” danışıqlar aparmaqdan imtina edə bilər.

Eyni zamanda belə bir qərar Pekinin Vaşinqtonla danışıqlarda strategiyasına uyğundur.

Daha əvvəl Donald Tramp mayın 10-dan Çin mallarına tətbiq edilən gömrük rüsumunu 10 faizdən 20-dək artıracağını vəd edib. /Report