XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 13:20

Çin XİN:"ABŞ ilə Rusiya arasındakı nüvə sazişinə dair danışıqlara qatılmaq niyyətində deyilik"

“Çin üçtərəfli nüvə sazişi ilə bağlı heç bir danışıqlarda iştirak etməyəcək”.

Bu barədə ÇininXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan ABŞ Prezidenti Donald Trampın Rusiya və Çinlə üçtərəfli nüvə sazişi imzalanması ideyasını şərh edərkən bildirib.

“Biz kiminsə Çinin adından danışmasına qarşıyıq, üstəlik, nüvəsizləşdirmə sazişi üzrə heç bir üçtərəfli danışıqlarda iştirak etməyəcəyik”, – Qen Şuan brifinqdə deyib.

Qeyd edək ki, daha əvvəl D.Tramp Çinin ABŞ və Rusiya arasındakı nüvə sazişinin bir hissəsi olmaq istədiyini söyləyib. Bundan əlavə, o, Rusiya və Çin ilə hərtərəfli nüvə razılaşmasının hazırlanacağına ümid etdiyini, eləcə də ticarət müzakirələri zamanı bu məsələni çinli tərəfdaşları ilə müzakirə etdiyini bildirib.  /Report