ABŞ-ın Əfqanıstan üzrə sülh elçisi Zalmai Xəlilzadı ilə Əfqanıstanda fəaliyyət göstərən radikal “Taliban” hərəkatının həmtəsisçisi Molla Əbdülğəni Bəradəri arasında Dohadakı sülh danışıqları ramazan ayının başlaması ilə bağlı dayandırılıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə “Taliban”dakı mənbə bildirib.
Qeyd olunub ki, bazar ertəsi ramazan ayının birinci günü olduğundan fasilə verilən danışıqlar daha sonra iki məsələyə dair davam etdiriləcək.
Bundan əvvəl Qətər XİN ABŞ ilə “Taliban” arasında danışıqların mayın 1-də Dohada bərpa olunduğunu açıqlamışdı/Report.