XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 18:11

İran ordusu yeni silahlarla təchiz olunub- FOTO

İran İslam Respublikasının Ordusu yeni silahlarla təchiz olunub.

Azərtac xəbər verir ki, təqdim olunan silahlar arasında pilotsuz uçuş aparatları (PUA) diqqəti cəlb edib. “Fəraz-220” adlanan PUA 100 kilometr radiusda 8 saat uçmaq və 20 kiloqram yük daşımaq imkanına malikdir. Gecəgörmə cihazı ilə də təchiz olunan aparat gecə saatlarında 100 kilometr radiusdakı obyektləri aşkarlaya, şəkillərini çəkib hərbi qərargaha göndərə bilir.

Ordunun istifadəsinə verilən digər silah isə lazerli istiqamətləndirmə sistemidir. Bu sistem 5,5 kilometr məsafədəki hədəfləri vurmaq üçündür. Yeni sistem raketi düz hədəfin üzərinə yönəldir.

Bununla yanaşı, super gecəgörmə qabiliyyəti olan sistem də ordunun istifadəsinə verilib. Bu sistem xüsusi kameradan ibarətdir. Kamera vasitəsi ilə gecə 15 kilometrlik məsafədə insanı, 20 kilometrlik məsafədə isə avtomobili gündüz olduğu kimi göstərir. Kamera hədəfləri 150 dəfə böyüdür.

Bunlarla yanaşı, yeni tank və toplar da ordunun sərəncamına təqdim olunub.

Xatırladaq ki, ötən gün ABŞ təyyarə daşıyan “Avraam Linkoln” hərbi gəmisini Fars körfəzinə göndərib. Mətbuatda yer alan yazılarda İranın yeni hərbi nailiyyətlərini təqdim edərək ABŞ-ın güc nümayişinə cavab verdiyi qeyd olunur.