XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2019 - 19:02

“Al-Hadath”:"İsrailin zərbələri nəticəsində həlak olan fələstinlilərin sayı 31-ə çatıb"

İsrail ordusunun Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 31 nəfərə çatıb, 160 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Azərtac xəbər verir ki, Al-Hadath telekanalının sahilyanı anklavın Səhiyyə Nazirliyinə istinadla yaydığı məlumatına əsasən, həyatını itirənlər arasında üç qadın və iki uşaq da var.

Hazırda xilasedicilər cəsədlərin axtarışını davam etdirir. İctimai İşlər və Mənzil Tikinti Nazirliyi İsrail tərəfinin zərbələri nəticəsində azı 130 binanın dağıldığını, 700-ə yaxın binanın isə zərər çəkdiyini deyib.

Mayın 3-də axşam saatlarında iki israilli əsgərin odlu silah atəşi ilə yaralanmasından sonra Qəzza sektoru ətrafında vəziyyət gərginləşib. İsrail aviasiyasının atəşin açıldığı rayonu bombalamasına cavab olaraq fələstinlilər qarşı tərəfə raket zərbələri endirib. Ardınca İsrail təyyarələri Qəzza sektorunu intensiv bombardman edib. Ölkənin müdafiə naziri Binyamin Netanyahu iki gün ərzində anklavdakı 350 hədəfə hücum edildiyini bildirib.