XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 21:41

NATO-ya üzv ölkələrin iştirakı ilə hərbi təlimlər keçirilir- Tbilisidə

Gürcüstanda NATO-ya üzv və tərəfdaş ölkələrin iştirakı ilə ilk dəfə “Logistik inkişaf” – “LOGDEV 2019” hərbi təlimləri başlayıb.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkənin müdafiə naziri Levan İzoria açılış mərasimində çıxış edərək deyib ki, təlimin əsas məqsədi Gürcüstanın logistik təminatını və imkanlarını NATO standartlarına uyğunlaşdırmaq və bu yolla da ölkənin çoxmillətli tərkibdə iştirakına zəmin yaratmaqdır.

Gürcüstan Müdafiə Nazirliyinin Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında keçirilən təlimdə NATO-ya üzv və tərəfdaş ölkələrin 130 hərbçisi iştirak edir.

Hərbi təlim mayın 17-dək davam edəcək.