XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2019 - 23:59

Almaniya iqtidar partiyasından çağırış:"Avropa ordusu yaradılsın"

Avropa seçkiləri ərəfəsində Almaniyanın iqtidar Xristian Demokratik İttifaqı (XDİ)/Xristian Sosial İttifaqı (XSİ) alyansı ümumavropa ordusunun yaradılmasına çağırır.

Azərtac xəbər verir ki, alyansın təklifinə, həmçinin Avropa İttifaqına üzv dövlətlərin silahlandırılma sisteminin standartlaşdırılması da daxil edilib.

Avropanın müdafiə qabiliyyətini yaxşılaşdırmaqdan ötrü hakimiyyətdə olan alman siyasətçilər bu cür ordunun yaxın 10 il ərzində yaradılmasına çağırırlar. “Biz 2020-ci ilədək Avropa ordusunun bizim doğma bundesverlə yanaşı olaraq, tamamilə komplektləşdirilməsini, təlim almasını və inkişafını istəyirik”, – deyə İcraiyyə Komitəsi tərəfindən mayın 7-də qəbul ediləcəyi gözlənilən Partiyanın dərc olunmuş layihəsində bildirilir.

“Avropa müdafiə potensialının möhkəmləndirilməsi üçün daha çox səy göstərməlidir”, – Merkelin partiyası belə hesab edir.

Layihə müəlliflərinin fikrincə, yeni yaradılan Avropa ordusunun əsası Aİ ölkələrinin strukturlaşdırılmış daimi əməkdaşlığı (Pesco) olmalıdır.

Xatırladaq ki, Pesco layihəsi Aİ-nin hərbi cəhətdən daha çevik və ABŞ-dan asılı olmaması məqsədilə 2017-ci ildə hazırlanıb.