XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2016 - 16:11

“Qalatasaray” Avropa Kubokuyarışlarından kənarlaşdırıldı

 

Qalatasaray

 

Türkiyənin “Qalatasaray” klubu UEFA tərəfindən cəzalandırılıb.

 

“Milliyet” qəzetinin məlumatına görə, İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

 

“Cim-bom”un prezidenti Dursun Özbək ötən həftə İsveçrəyə yollanaraq, UEFA nümayəndələri ilə görüşmüşdü. O, qarşı tərəfi müxtəlif dəlillərlə tanış etsə də, prezidentin bu səyi nəticəsiz qalıb.

 

Qitə futbol qurumu maliyyə feyr-pley qaydalarını pozan “Qalatasaray”a güzəşt etməyib. “Aslan” avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq. Türkiyə klubu ardıcıl iki il Avrokuboka vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.