ABŞ dövlət katibi Mayk Pompeo Almaniya kansleri Angela Merkel və Xarici İşlər naziri Heiko Maas ilə danışıqlar aparmaq üçün bu günə nəzərdə tutulan Berlin səfərini ləğv edib.
Almaniya XİN-i iki ölkənin Xarici İşlər nazirləri arasında görüşün baş tutmayacağını təsdiqləyərək, bunun səbəbini açıqlamayıb. /Report