XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2019 - 19:11

Baş nazir ona hücum edən qadını cəzalandıracaq:"Heç kimə hörmətlə yanaşmayan bu qorxaq fəallara qarşı mübarizəni gücləndirəcəm"

Mayın 7-də Avstraliyanın Baş naziri Skott Morrison bir qadının hücumuna məruz qalıb.

Azərtac Avstraliyanın Yeni Cənubi Uels ştatı polisinin saytına istinadla xəbər verir ki, Baş nazirə arxadan yumurta atan qadın məhkəmə qarşısında cavab verəcək. Həmin qadından narkotik maddə də aşkar edilərək götürülüb.

Baş nazirin Olberidəki əyləncə mərkəzində keçirilən tədbir zamanı həmin qadının hücumuna məruz qaldığı bildirilir. Qeyd edilir ki, 24 yaşlı qadın saxlanaraq Olberi polis məntəqəsinə aparılıb. Axtarış zamanı qadının üzərində kannabis aşkar edilib. Qadına qarşı hücum və qadağan edilən narkotik maddə saxlamaq barədə ittiham irəli sürüldükdən sonra o, mayın 27-də məhkəməyə gəlmək şərti ilə girov müqabilində azadlığa buraxılıb.

Baş nazir isə öz Twitter səhifəsində bildirib ki, o, daha çox hücum zamanı yıxılaraq xəsarət alan yaşlı qadına görə narahatlıq keçirib. Həmin qadına yaxınlaşaraq onu ayağa qaldıran S.Morrison onu qucaqlayıb. Bundan əlavə, Baş nazir qeyd edib ki, o heç kimə hörmətlə yanaşmayan bu qorxaq fəallara qarşı mübarizəni gücləndirəcək.