XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

07 May 2019 - 19:22

Rusiya atom aviadaşıyıcı gəmi hazırlayacaq- 2023-cü ildə

Rusiya ilk atom aviadaşıyıcı gəminin hazırlanmasına 2023-cü ildə başlayacaq. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nəhəng gəminin su basımı 70 min ton olacaq.

Agentliyin xəbərində bildirilir ki, Rusiyada gəminin hazırlanması üzrə elmi tədqiqat və təcrübə-konstruktor işləri 2027-ci ilədək olan dövrdə dövlət silahlanma proqramına daxil edilib. Atom aviadaşıyıcısında nüvə enerji qurğusu quraşdırılacaq. Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasından bildiriblər ki, hələlik bu ölkənin Müdafiə Nazirliyi gəminin layihələşdirilməsinin konkret taktiki-texniki göstəricilərini təqdim etməyib. Eyni zamanda, korporasiyada perspektivli gəmilərin, o cümlədən aviadaşıyıcıların hazırlanması təkliflərini həyata keçirirlər.

Bundan əvvəl Rusiya Hərbi Dəniz Donanmasından bəyan ediblər ki, donanma 2030-cu ilədək perspektivli atom aviadaşıyıcı gəminin alınacağına ümid edir. Müdafiə Nazirliyi isə aviadaşıyıcının inşası üzrə kontraktın 2025-ci ilin sonunda imzalanacağını bildirib.

Hazırda Rusiya donanmasının tərkibində atom energetika qurğusu olmayan “Admiral Kuznetsov” ağır aviadaşıyıcı gəmisi var. Onun modernləşdirmə üzrə təmiri aparılır və 2021-ci ildə yenidən istifadəyə veriləcək. Hələ Sovet İttifaqı dövründə inşa edilən atom aviadaşıyıcısı “Ulyanovsk” gəmisini isə SSRİ-nin süqutundan sonra metallara parçalayaraq yox ediblər.