XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 May 2019 - 20:52

Liviyada gərginlik artır- Haftarın ordusu Tripolidə loyal qüvvələrin təyyarəsini vurub

Feldmarşal Xəlifə Haftarın ordusu Tripolidə fəaliyyət göstərən Faiz Saracın Milli Həmrəylik Hökumətinə loyal qüvvələrin hərbi təyyarəsini vurub.

“Sky News Arabia” telekanalı xəbər verir ki, təyyarə Tripolinin cənubunda yerləşən Əl-Hira rayonunda vurulub. Bir qədər əvvəl Haftara sadiq qüvvələr qarşı tərəfə məxsus bir neçə təyyarəni də məhv etmişdi.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftara sadiq qüvvələr Tripoliyə hücum edərək paytaxtın cənubunda yerləşən Qaryan və Surman şəhərlərini ələ keçirib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe hərbi birləşmələr isə buna cavab olaraq tam döyüş hazırlığı səviyyəsinə gətirilib və Haftar qüvvələrinə qarşı “Qəzəb vulkanı” əməliyyatına başlayıblar.

Hazırda paytaxt ətrafında qızğın döyüşlər davam edir. Dünya Səhiyyə Təşkilatının Liviya bölməsinin məlumatına görə, toqquşmaların gedişində 430-dan çox insan həlak olub, yaralananların sayı 2 min nəfəri ötüb.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən və öldürülməsindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə – Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə – paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir/Azərtac.