XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 May 2019 - 14:01

İsrailin baş naziri:"İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik"

“Biz İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə razılaşmasından qismən çıxması qərarına münasibət bildirərkən deyib.

“İranın nüvə proqramını davam etdirmək niyyətində olduğunu eşitdim. Biz İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”, – İsrail hökumətinin başçısı vurğulayıb.

O bildirib ki, yəhudi dövlətinin varlığını təhdid edənlərə qarşı İsrail mübarizəni davam etdirəcək.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani mayın 8-də ölkəsinin nüvə razılaşmasından qismən çıxacaqlarını bildirib. /Report