XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2019 - 16:32

Putinin mətbuat katibi:"Stalinin heykəlinin qoyulması yerli hakimiyyətin müstəsna hüququdur"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Novosibirsk şəhərində İosif Stalinin abidəsinin ucaldılmasına münasibət bildirib.

Azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mətbuat katibi Novosibirskdə Stalinin heykəlinin qoyulmasının yerli hakimiyyətin müstəsna hüququ olduğunu deyib. D.Peskov jurnalistlərə məsləhət görüb ki, bu sualı həmin şəhərin rəhbərliyinə ünvanlasınlar.

Adı SSRİ və dünya tarixinə tiran və kütləvi repressiyaların müəllifi kimi düşmüş İosif Stalinin abidəsi Rusiya Kommunist Partiyasının Novosibirsk vilayət komitəsi binasının qarşısında qoyulub. Heykəlin açılışı mərasimi isə mayın 9-da – Qələbə Günü keçiriləcək. Şəhər ictimaiyyətinin bu abidənin ucaldılmasına qarşı etiraz etməməsi də diqqəti çəkən məqamlardan biridir.