XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 May 2019 - 19:02

Rusiya və İran viza rejimini sadələşdirəcək- Detallar

Rusiya və İran vətəndaşların bir sıra kateqoriyası üçün viza rejimini sadələşdirəcək.

Azərtac xəbər verir ki, iki ölkənin bir sıra kateqoriyadan olan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı protokol bu gün Moskvada imzalanıb. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə Moskvada keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında məlumat verib.

Rusiyalı nazir bildirib ki, viza rejiminin sadələşdirilməsi insanlar arasında qarşılıqlı münasibətlərin və ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafına kömək edəcək. Məsələn, indi hər iki ölkənin sahibkarları qarşı tərəfin dəvəti əsasında sadələşdirilmiş qaydada viza ala biləcəklər.