XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2019 - 20:32

Rusiya XİN rəhbəri:"ABŞ-ın kürdləri məskunlaşdırma cəhdi Suriyanın parçalanması ilə nəticələnə bilər"

Suriyada ərəb qəbilələrinin yaşadığı ərazilərdə ABŞ-ın kürdləri məskunlaşdırma cəhdləri Suriyanın parçlanmasına gətirib çıxara bilər.

ONA-nın məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz başa düşürük ki, əsrlər boyu Suriyada yaşayan kürdlər bir xalq kimi öz hüquqlarından istifadə etməlidirlər. Kürdlərin məskunlaşdığı ərazilər onlara məxsus milli miras kimi qalmalıdır. Ancaq ABŞ-ın kürdləri ərəb qəbilələrinin tarixən yaşadığı ərazilərdə məskunlaşdırmaq cəhdləri çox mənfi prosesdir, birbaşa separatizmə və Suriyanın parçalanmasına aparır,” – deyə Lavrov qeyd edib.