XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2019 - 20:53

İraq ABŞ və Çinin neft nəhəngləri ilə müqavilə imzalayacaq- 53 milyard dollarlıq

İraq hökuməti ABŞ “ExxonMobil” və Çinin “PetroChina” şirkəti ilə 53 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşır.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Adel Əbdül-Mehdi deyib.

O bildirib ki, meqa layihə üzrə razılaşmanın müddəti 30 il olacaq və bu müddət ərzində 400 milyard dollardan çox qazanc əldə ediləcək. Müqavilə İraqın cənubundakı 2 neft yatağının – “Nahr Bin Umar” və “Artavi”nin işlənməsinin inkişaf etdirilməsini nəzərə tutur. Yataqlarda neft istehsalının həcminin gündəlik 125 min barreldən 500 min barrelə çatdırılması planlaşdırılır.