Rumıniyanın “Astra” klubunun baş məşqçisi Marius Sumudica mərc oyunlarına pul qoyduğu üçün altı ay müddətinə futboldan kənarlaşdırılıb.
Azertag.az Rumıniya Futbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçisi M.Sumudica ölkə çempionatı ilə yanaşı, Çempionlar Liqası və Avropa Liqası oyunlarına da 900 avroyadək pul yatırıb. Federasiyanın İntizam Komitəsi 44 yaşlı baş məşqçiyə pul cəzası da kəsib. Çalışdırıcı təxminən 100 min leev (24 min dollar) cərimələnib.
Qeyd edək ki, aktivində 51 xala sahib “Astra” klubu Rumıniya çempionatının çempionlar qrupunda mübarizə aparir və komanda turnir cədvəlinə liderlik edir.