XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 May 2019 - 09:15

Donald Tramp:"Çin hökuməti sövdələşməni pozdu"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin hökuməti ticarət danışıqları zamanı “ticarət sövdələşməsi”ni pozub.

O, bunu Florida ştatında öz tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Onlar sövdələşməni pozdular”, – deyə “Bloomberg” Trampın sözlərini sitat gətirib.

Daha əvvəl Donald Tramp mayın 10-da bir sıra Çin məhsullarına qoyulan gömrük rüsumunun həcmini 25 faizə qədər artıracağını bildirib. Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlar Çinlə ticarətdə daha milyardlarla dollar itirmək niyyətində deyil. /Report