XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 06:51

İŞİD-dən şok hucum: Bağdad işğal təhlükəsi altında

İraq hökuməti Mosulla bağlı iri miqyaslı hərbi əməliyyata hazırlaşarkən, əsl sürpriz İŞİD-dən gəlib. Ordu rəsmilərinin “Andolu Agentliyi”nə verdiyi məlumata görə, İŞİD gözlənilməz bir hucumla Bağdadın 30 km-liyinə qədər irəliləyib. Bu ərazilərdə çox mühüm strateji məkanları ələ keçirən terror təşkilatının Bağdadı təhdid edəcək mövqeyə gəldiyi bildirilir.

Xəbər qaynağı İŞİD-in bu uğuru necə əldə etməsi haqqında da bəzi məlumatları verib. Bildirilir ki, hücuma bomba yüklənmiş 11 maşınla qatılan “xilafət əsgərləri” əvvəl “xalq topluluğu” adlanan partizan dəstələrinin mövqeyini hədəfə alıblar. İki intiharçı vasitəsilə İraq ordusuna aid hərbi texnikaları zərərsizləşdirən silahlılar qarşılarındakı müdafiə səddini yararaq hərəkətə keçib və xeyli irəliləyiblər.

Ordu mənsubu onu da bildirib ki, terror dəstəsinin ələ keçirdiyi bölgəylə Bağdad arasında xeyli silahsız əhali yaşayır və onlar müqavimət göstərmək gücündə deyillər. İŞİD yenidən geri oturdulmasa, Bağdad hər an işğal oluna bilər.

Gərginlik bölgəsinə əlavə ordu birlikləri göndərilib və hazırda paytaxtın 30 km-liyində şiddətli döyüşlər gedir.

Heydər Oğuz

Strateq.az