XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2019 - 10:23

ABŞ prezidentinin oğlu senata ifadə verməyə çağırılıb –Səbəb

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp 2016-cı ildə ölkədə keçirilən prezident seçkisi qabağı kampaniyaya Rusiyanın müdaxiləsi işi üzrə ifadə vermək üçün Senatın Kəşfiyyat üzrə komitəsinə çağırılıb.

Məlumatı DV yayıb.

Bildirilib ki, senatorlar kiçik Donald Trampdan bir müddət əvvəl konqresin müstəntiqlərinə “Rusiya təhqiqatı” ilə bağlı verdiyi cavabları təkrar soruşmaq niyyətindədirlər.

2017-ci ildə prezidentin oğlu komitənin qarşısında kəşfiyyat və hüquq komitələrində məsələ üzrə çıxış edib. Onda kiçik Tramp bildirmişdi ki, Moskvada “Tramp qülləsi”nin tikintisi barədə üzdən məlumatı olub.

ABŞ KİV-i bildirib ki, senatorlar ilk dəfədir Trampın ailə üzvləri ilə bağlı məsələni gündəliyə daxil ediblər.   /Report