XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 May 2019 - 14:26

İran polisi narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirib –4 nəfər öldürülüb

İranın cənub-şərqində yerləşən Sistan–Bəlucistan əyalətində narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyat nəticəsində 4 qaçaqmalçı ölüb, 2 ton 170 kiloqram narkotik maddə götürülüb.

İRNA xəbər verir ki, bu barədə əyalətin polis rəisinin müavini Əhməd Tahiri bildirib.

Ə.Tahiri bildirib ki, əməliyyat zamanı qaçaqmalçılarla polis qüvvələri arasında atışma baş verib və 4 qanun pozucusu öldürülüb, ikisi tutulub.

İslam Respublikasının Əfqanıstan və Pakistanla sərhədində narkotik maddələrin qaçaqmalçıları ilə İranın təhlükəsizlik qüvvələri arasında tez-tez atışmalar baş verir/Report.