XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2019 - 20:43

Təbrizin tarixi bazarında yanğın olub- FOTO

Bu gün səhər saatlarında Təbrizin qapalı bazarında yanğın baş verib.

Yanğın nəticəsində iş adamlarına və ticarətçilərə külli miqdarda ziyan dəyib. Hazırda hadisə yerində yanğınsöndürənlər və təcili tibbi yardım təşkilatının əməkdaşları çalışırlar. Ölən və yaralananlar, eləcə də ziyanın miqdarı haqqında hələlik məlumat verilmir.

Xatırladaq ki, dünyada ən böyük qapalı bazar olan “Təbriz bazarı” tarixi memarlıq abidəsidir. Bazarın 1000 ildən çox yaşı var(azərtac).